Xəbər lenti

Tələbə keçmiş prezidentin üzünə tüpürdü
Dünya06:24 29.05.2013

Tələbə keçmiş prezidentin üzünə tüpürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çili polisi ölkənin sabiq prezidenti Mişel Baçeletin üzünə tüpürdüyü iddia edilən şəxsi həbs edib. 

Çili kütləvi-informasiya vasitələrinin məlumatına görə, insident seçki kampaniyası zamanı baş verib. Mişel Baçelet ölkənin şimalında öz tərəfdarları ilə görüşərkən bir tələbə siyasətçinin üzünə tüpürməyə cəhd edib.

Qeyd edək ki, Mişel Baçelet 2006-cı ildə Çilidə prezident seçkilərində qalib gəlməklə, ölkənin ilk qadın prezidenti olmuşdu. Bu yaxınlarda o, noyabra təyin olunan prezident seçkilərində iştirak etmək üçün BMT-dəki postunu tərk edib.

Qaynar.info