Xəbər lenti

Tələbələrin kütləvi zəhərlənməsinin səbəbi nədir? - Professor
Sağlamlıq 11:46 11.10.2024

Tələbələrin kütləvi zəhərlənməsinin səbəbi nədir? - Professor

"Kütləvi zəhərlənmə halları ölümə aparan səbəblərdir. Bu halda hər şey ola bilər. 5 manat əlavə pul qazanmaq üçün kiminsə həyatına qəsd etmək kimi bir şeydir".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla BDU-nun Qazax filialında tələbələrin kütləvi şəkildə zəhərlənməsi hadisəsindən danışarkən deyib. 

Professor zəhərlənmənin səbəbini axşamdan qalan ətlərlə əlaqələndirib:

"Ancaq axşamdan qalan ətlərin saxlanma şəraiti ilə bağlıdır. Güman ki, bu ətlər təkrar istifadə olunub. Ortada kütləvi zəhərlənmə halı var və bu mütləq araşdırılmalıdır. Təəssüflər olsun ki, dönərxanalarda istifadə olunan ət məhsulları gün ərzində sərf olunmaya bilər. Bunlar günlərlə saxlanılır. Ət məhsulları mikroblar üçün qida mənbəyidir".
 


Adil Qeybulla gün ərzində bişirilən dönərin gecə soyuducuya qoyulmadığını xüsusi vurğulayıb:

"Metal çubuğa keçirilmiş şəkildə qalır və səhər yenidən istifadə olunur. Belə ətdə mikrobların olması və orada inkişaf etməsi mümkündür. Bu da qida toksit infeksiyasıdır". 

Professor hesab edir ki, orada sahibkar texniki şərtləri gözləməyib:

"Bu da xeyli adamın həyatında təhlükə yaradıb. Bu cür məsələlər hüququ məsuliyyət daşıyır. Ən azı bu kimi şəxslər vicdanla işləməlidir və məsuliyyət daşıdığını anlamalıdır".

Qeyd edək ki, Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Hadisə akı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib. Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayevaya, 2001-ci il təvəllüdlü İ. Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qazax rayon prokurorluğunda hadisə ilə bağlı araşdırma aparır. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->