Gürcüstanın "Rustavi2" telekanalına bomba qoyulması barədə xəbərlər yayılıb.
Anspress-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı telekanalın bütün əməkdaşları şirkətin yerləşdiyi binadan təxliyyə ediliblər.
Mühəndis-istehkamçılar və kinoloqların 2 saatlıq axtarışı nəticəsində binada hər hansı partlayıcı qurğu aşkar edilməyib. "Bu artıq ilk belə hal deyil. Mən bu zəngi edən və gələcəkdə bu tip zəngləri etmək fikri olan şəxslərə üzümü tuturam. Onlar bu yolla bizi tutduğumuz yoldan döndərə bilməzlər", - deyə "Rustavi2"nin baş direktoru Nika Qvaramiya bildirib.
Qeyd edək ki, həftənin dördüncü günü "Rustavi2", "İmedi" və Tiflis beynəlxalq aeroportunun binasına bomba qoyulması xəbərləri yayılmışdı. Sonradan hər üç zəngin yalan olduğu məlum olmuşdu. Polis elə həmin gün zəng edən şəxsləri saxlamağa müvəffəq olmuşdu. Qaynar.info