Meksikada "Televisia" adlı kanalın binasının qarşısına kəsilmiş insan başları atılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sellofan paketdə atılan başların yanında ölkədəki ən təhlükəli narkotik şəbəkələrindən biri olan CJNG-nin hədə məktubu da tapılıb.
İnsan başlarının kimə aid olduğu hələlik məlum deyil.
Yerli mətbuat bu mesajla televiziya kanalının deyil, hakimin hədələndiyini yazıb.
Qeyd edək ki, son illərdə Meksikanın ən güclü narkotik şəbəsi hesab edilən CJNG ölkənin qərbində və mərkəzdə baş verən cinayət hadisələrində ittiham edilir.