VLT optik teleskopu Aarabaçı bürcündə gənc cüt ulduz AB-nin yeni fotoşəkillərini əldə edib.
Qaynarinfo xəbər verir ki, fotolar nəhəng bir planetin onlardan birinin yaxınlığında formalaşmağa başladığını göstərir.
"Bu görüntülərdə protoplanetar diskin mərkəzinə daha yaxın olan özünəməxsus bir bükülü ikiqat spiral görə bilərsiniz. Bir qolu ulduza, ikincisi isə ulduz sisteminin kənarlarına yönəlib", - alimlər bildirirlər. Onların fikrincə, belə quruluşlar doğuşun ilk mərhələlərində görünə bilər.
Astronomlar planetin meydana gəlməsi üçün tədricən ətrafındakı qaz və tozu daim "özünə çəkib sarıyan” kiçik bir qayalı nüvənin lazım olduğunu düşünürlər.
Yerdən 530 işıq ili məsafədə yerləşən ikiqat ulduz AB-nin kütləsi Günəşdən 2,5 dəfə artıq olan bir cüt böyük ulduzdur. İki-üç milyon il əvvəl meydana gəliblər ki, bu da kosmos standartlarına görə dəqiqələr dərəcəsindədir.
2008-ci ildə elm adamları ulduzlardan birinin yaxınlığında qeyri-adi dərəcədə böyük bir qaz və toz diski müəyyən edib ki, fotoşəkilləri planetlərin onun daxilində meydana gəlmə ehtimalına işarə edir.
Bu il əldə edilən görüntülər, diskin daxilindəki boşluq və təlatümlərin qaz və tozu aktiv şəkildə özünə çəkib mənimsəyərək yaranan planetin "embrionu" tərəfindən yaradıldığını təsdiqləyib. Mütəxəssislərin fikrincə, diskin yerində Yupiterin ağırlığından üç qat daha böyük bir qaz nəhəngi görünəcək.
Alpər