Xəbər lenti

Telman İsmayılov həbs xəbərindən danışdı
Dünya16:34 30.08.2013

Telman İsmayılov həbs xəbərindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milyarder onun adamının quldarlığa görə həbs edilməsi xəbərinə münasibət bildirdi
“AST” şirkətlər qrupunun sahibi, Rusiyada yaşayan Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılov ona məxsus şirkətin direktorunun qul əməyindən istifadəyə görə həbs olunması xəbərinə münasibət bildirib.
Virtualaz.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, T.İsmayılov bəyan edib ki, həmin adamı tanıyır. Ancaq həmin şəxs  heç vaxt onun şirkətində işləməyib. İş adamı bu açıqlamanı Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti “AzerRos”un informasiya agentliyinə verib.
Agentliyin müxbiri Rusiya KİV-lərində bu gün - avqustun 30-da yayılmış məlumatla bağlı T.İsmayılovla əlaqə saxlayıb. Həmin informasiyada deyilirdi ki, “AST Group” şirkətinin direktoru və səhmdarlarından biri olan Januko Rafailov 700-dən çox Vyetnam vətəndaşının Moskvada icarəyə götürdüyü anbar komplekslərində zorla saxladaraq onları qul kimi işlədilməsini təşkil edib. Əvəzində vyetnamlılara ancaq yemək verilib və başqa zəruri ehtiyacları ödənilib.
T.İsmayılov isə “AzerRos”a bildirib ki, o, həmin adamla tanışdır.
“Lakin Januko Rafailov heç vaxt AST qrupunda işləməyib və mənim şirkətimə heç bir aidiyyəti yoxdur. Bu, iş adamı kimi məni nüfuzdan salmağa yönəlmiş növbəti təxribatdır” - deyə T.İsmayılov bildirib.
Qaynar.info