Xəbər lenti

Telman İsmayılovun bazarından yeraltı bunker tapıldı
Dünya11:48 03.06.2013

Telman İsmayılovun bazarından yeraltı bunker tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan və 2009-cu ildə bağlanılan Çerkizov bazarında yeraltı bunker aşkarlanıb. 

Həmin bunkerdə qeyri-qanuni miqrantlar paltar tikişi ilə məşğul imişlər. 

Yeraltı sexdə 122 ədəd tikiş maşını quraşdırılmışdı və işlər sutka ərzində həyata keçirilirdi. Bunkerdə, həmçinin türk kafesi, qumar zalı və 35 nəfərlik kinoteatr olub. 

Yeraltı bunker adi qaraja bənzəyir. 

Saxlanılanların 100-dən artığı Vyetnam vətəndaşı, digərləri isə Orta Asiya ölkələrinin vətəndaşları olub. /milli.az/