Xəbər lenti

Telman İsmayılovun villaları da satışa çıxarıldı
Dünya08:56 08.04.2015

Telman İsmayılovun villaları da satışa çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə mətbuatı yenidən azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” otelinin borca görə satışa çıxarılmasından yazıb. 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, artıq oteli almaq istəyən müştərilər bunun üçün “sıraya düzülüblər”. İş adamının ümumi borcunun 584 milyon TL-ni aşdığı göstərilir.
Otellə yanaşı, Telman İsmayılovun şəxsi istifadəsində olan, 6 lüks villanın yerləşdiyi 104 min 719 kvadrat metrlik ərazidə də satışa çıxarılıb.
Hərrac üsulu ilə  ilk satış Antalya bələdiyyəsinin 4-cü İcra Müdirliyi tərəfindən iyunun  3-də keçiriləcək. Otel üçün 650 milyon TL, villalar üçün isə ilkin qiymət 69 milyon 750 min 650 TL müəyyən edilib. İlk hərracda satılmazsa, növbəti satış iyulun 30-da keçiriləcək.  Bundan başqa, 11 min 655 kvadrat metrlik ümumi sayı 6 ədəd olan VİP villa da ayrıca satışa çıxarılıb. 
Qeyd edək ki, otel rəsmi açıqlamasında yayılan xəbərləri təkzib etmişdi. 
Qaynar.info