Xəbər lenti

Ötən gecə yaranmış enerji probleminin səbəbi açıqlandı (RƏSMİ)
Ölkə07:21 21.07.2018

Ötən gecə yaranmış enerji probleminin səbəbi açıqlandı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
20 iyul 2018-ci il tarixdə saat 22.20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb.
Eyni zamanda bildiririk ki, "Azərişıq” ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən "Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.
Qeyd etmək lazımdır ki, "Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib.