Amerika təyyarədaşıyan "Teodor Ruzvelt” gəmisinin 672 ekipaj üzvü koronavirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, bu haqda "Kuam News” portalı ABŞ Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat verib.
Təkrar müayinədən sonra ilkin testdə nəticələri mənfi çıxan dənizçilərin 2,5%-də koronavirus aşkar edilib. 3910 ekipaj üzvünün test nəticələri isə mənfi olub.
Bir qədər əvvəl gəmidə koronavirusa yoluxan 585 nəfərin olduğu bildirilib. Hazırda "Teodor Ruzvelt” Quam adasındakı bazada, heyəti karantindədir.
Alpər