Bu gün səhər Rusiyanın Omsk vilayətinin Lenin rayonunun Novaya Stanitsa yaşayış məntəqəsi yaxınlığında, İrtış çayında sərnişin teploxodu ilə barja toqquşub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Polesye-8” adlı teploxodun yükdaşıyan barja ilə toqquşmasından sonra teploxodda dəlik açılıb və sərnişinlərin təxliyyəsinə başlanılıb. Teploxodda 56 sərnişin və 4 ekipaj üzvü olub. Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını açıqlayıb.
Qaynar.info