
II Dünya Müharibəsi zamanı tank polkunda xidmət edən əsgər Fransa kəndini məhv etməkdə günahlandırılır
Dünya Almaniyada 88 yaşlı Köln sakini 600-dən çox insanın ölümündə ittiham olunur. ANS PRESS-in “İnterfax”a istinadən verdiyi xəbərə görə, bu barədə “Kölner Stadt-Anzeiger” saytı Dortmund şəhər prokurorluğuna istinadən məlumat yayıb.
Almaniyalı təqaüdçü II Dünya müharibəsi zamanı Fransanın Oradur-syur-Qlan kəndinin 624 nəfər əhalisini öldürməkdə təqsirkar bilinir. İstintaqın araşdırmasına görə, o, müharibə dövründə SS tank polkunda xidmət edib. O, kənd əhalisini güllədən keçirən əsgərlərdən biri olub.
Əsgərlər əhalini qırdıqdan sonra kəndi yandırıblar. Həmin vaxt onun 19 yaşı olub. Məhkəmə yaxın gələcəkdə bununla bağlı istintaq işinin açılıb-açılmayacağını müəyyən edəcək.
Qaynar.info