Siyasət 13:59 31.05.2023

Tərəflər Kişinyov samitinə hansı sənədlərlə gedir? - Politoloq

"Kişinyov sammiti ərəfəsində Bratislavadakı forumda Azərbaycan və Ermənistan nümayəndələrinin səsləndirdikləri fikirlər tərəflərin mövqelərinin dəqiqləşdirilməsi baxımından vacibdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Slovakiyada keçirilən Bratislava Forumunda iştirak edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənsitan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın çıxışlarını şərh edərkən deyib:  

"Bu çıxışlardan görürük ki, üst-üstə düşən mövqelərlə yanaşı, fikir ayrılıqlqarı da qalmaqdadır. Dinamika ümumiyyətlə müsbətdir.  Sadəcə olaraq, eşitdiyimiz bəyanatların arxasında əməli işlər olmalıdır. İrəvan Azərbaycanın ərazi  bütövlüyünü tanıyır. İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir,  amma bu zaman Qarabağ ermənilərinin hüquqlarından da dəm vururlar. Bu cür  şərtlər Alma-Ata deklorasiyasının mətninə, Praqa görüşü və Brüssel görüşündə  səslənən fikirlərə ziddir. Azərbaycanın 86,6 km-lik ərazi bütövlüyünü tanıyırlarsa, dərk etməlidirlər ki, Qarabağ da Azərbaycanın bir parçasıdır”.

Bu mənada, ekspertə görə, Qarabağla bağlı İrəvanın hansısa fikri söyləməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır: 

"Bakı belə məntiqlə barışmayacaq. Yaranmış yeni situasiya barədə Ermənistan cəmiyyətinin indi nə düşündüyü onların öz problemidir. İrəvan onu erməni cəmiyyətinə 30 il buundan əvvəl və yaxud Vətən müharibəsindən dərhal sonra izah etməli idi. İrəvanın Zəngəzur dəhlizində post qurması onun öz işidir. Amma bütün hallarda gediş-gəliş maneəsiz olmalıdır. Prosesin hansı şərtlərlə həyata keçəcəyi isə üzümüzə gələn həftə baş nazirlərin müavinlərinin iştirakı ilə keçiriləcək görüşdə müəyyən olunacaq”. 

Qeyd edək ki, Slovakiyanın paytaxtı Bratislava şəhərində GLOBSEC 2023 Bratislava Forumu keçirilib. Forum çərçivəsində "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq" adlı panel müzakirələrində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan əlaqələri və regionda sülh prosesi barədə danışıblar. 

Rüfət Sultan