Xəbər lenti

Terrakt: 9 ölü, 54 yaralı
Dünya06:32 24.11.2013

Terrakt: 9 ölü, 54 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqın Tuz-Hurmato şəhərində törədilmiş terror aktı nəticəsində azı 9 nəfər ölüb, 54 nəfər isə yaralanıb. 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Bağdaddan 170 km aralıda, əhalisinin kürdlər təşkil etdiyi rayonda baş verib.

Terrorçu-kamikadze məscidə daxil olaraq üzərindəki bombanı işə salıb. İkinci partlayış isə məscidin girişi qarşısında dayanmış avtomobildə baş verib.

 BMT-nin hesablamalarına görə, 2013-cü ilin aprelindən bu vaxtadək İraqda 2500-dən çox insan partlayışların və hücumların qurbanı olub. 

Qaynar.info