Bask separatçı qrupu "Eta" dünən ləğvini elan edib.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, ötən ay ləğvini 5 mayda elan edəcəyini bildirən terror qrupu "Eta"nın dağılması barədə xəbəri 3 gün tezləşdirib.
1959-cu ildə qurulan "Eta" Fransa və İspaniya ərazisində müstəqil Bask dövlətinin qurulmasını hədəfləyirdi. Təşkilat bu günə qədər 800 nəfərin ölümünə səbəb olub. "Eta" öldürülən şəxslərin yaxınlarından hadisələrə görə üzr istəyib və qrupun sahib olduğu silah-sursat Fransa hökümətinə təslim edilib.
Qeyd edək ki, Bask separatçıları ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınırdı.
Gülşən