Əl Qaidə terror təşkilatına bağlı olan və Somalidə fəaliyyət göstərən Əl Şəbab terror qrupu nəzarətində olan ərazilərdə plastiki və bəzi ağacların kəsilməsini qadağan edib.
Qaynarinfo xəbər verir ki, terror təşkilatının Yəmən şöbəsi 2016-cı ildə ABŞ prezidenti Barak Obamanı iqlim dəyişikliyi ilə mübarizə aparmamaqda ittiham etmişdi. Əl Şəbabın bu qadağanı necə tətbiq edəcəyi bilinmir.
Qeyd edək ki, Taliban terror təşkilatının lideri Hibatulla Axundzadə də ötən il oxşar addım atmış, insanları ağac əkməyə çağırmış, ağacların ətraf mühitin mühafizəsində, iqtisadi inkişaf və dünyanın gözəlləşməsində rolunu vurğulamışdı.