Xəbər lenti

Terror təşkilatı sərvətini açıqladı: rəqəmlər inanılmazdır
Dünya06:50 28.08.2017

Terror təşkilatı sərvətini açıqladı: rəqəmlər inanılmazdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kolumbiyanın tərkisilah edilən FARC terror qruplaşmasının sərvətini açıqlayıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma tərəfindən BMT-yə təqdim olunan siyahıda FARC-ın 150 milyon dollarlıq əmlaka və 320 kiloqramdan çox qızıl ehtiyatına sahib olduğu ortaya çıxıb.

FARC-ın rəhbərlərindən olan Pastos Alape və təşkilatın hüquqşünası Rafael Malaqon bir müddət öncə paytaxt Boqotada mətbuat konfransı keçirərək, qruplaşmaya məxsus sərvətin münaqişə qurbanlarının ailələri üçün xərclənəcəyini və sözügedən siyahının dəqiqliklə hazırlandığını bildiriblər.

Kolumbiyanın baş prokuror Martinez qruplaşma tərəfindən BMT-yə təqdim olunan siyahının 135 səhifəsinin uydurma olduğunu, 150 milyon dollarlıq sərvətin və 350 kiloqram qızılın yanında meyvə sıxma aparatları, qəhvə fincanları kimi əşyaların qeyd olunmasının gülünc göründüyünü və FARC-ın bu yolla münaqişə qurbanlarını təhqir etdiyini söyləmişdi.

FARC-ın yarım əsrdən uzun olan münaqişə keçmişinin qanundankənar olduğunu xatırladan və təşkilatın Kolumbiyadan kənarda heç bir sərvətinin olmadığını bildirən Alape, ölkənin baş prokuroru Martinezin "sülhü bombalamaq" istədiyini, buna baxmayaraq FARC-ın öz siyahısında olmayan, lakin hökumətin siyahısında olan sərvəti də qəbul etmə qərarı aldıqlarını söyləyib.

Qeyd edək ki, Kolumbiyada hökumətlə terror qruplaşması arasında bu ilin mart ayının 1-də imzalanan sazişə əsasən FARC 17 martdan etibarən silah-sursatını BMT-yə təqdim edərək, 50 ildən çox olan münaqişə tarixində ilk dəfə silahı yerə qoyub. May ayından sonra bu proses daha da sürətlənib və BMT-nin açıqlamasına görə, iyunun 2-də təşkilata məxsus silahların 60 faizini təslim alıblar.

Çingiz Səfərli

Qaynarinfo.Az