Xəbər lenti

Terrora görə ölüm hökmünü bərpa edirlər
Dünya14:30 16.03.2016

Terrora görə ölüm hökmünü bərpa edirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qvatemala prezidenti Cimmi Morales çərşənbə axşamı bəyan edib ki, qanun onu parlamentin bu təşəbbüsü təsdiq edəcəyi təqdirdə cinayət əməlinə görə cəza qismində ölüm hökmünün geri qaytarılması ilə razılaşmağa məcbur edir.

Qaynar.info report-a istinadən bildirir ki, prezidentin bəyanatını "Prensa Libre" portalı sitat gətirib.

"Prezident qanunu, ölüm hökmü haqqında 18-ci maddəni icra edir və əgər respublika Konqresi bu qanunu icra hakimiyyəti başçısına verərsə, prezident bunu icra etməlidir, biz burada qanunun özünü müzakirə etmirik, elə edirik ki, o icra olunsun", - deyə Morales bildirib.

Hazırda Qvatemalada ölüm hökmünə moratorium var. Lakin bir neçə gün əvvəl bir qrup deputat bu cəza tədbirinin tətbiqinin geri qaytarılması təklifini parlamentin gündəliyinə daxil edib.

Bu mövzunun müzakirəsi ölkədə kriminal terrorun güclənməsi fonunda baş verir.

Qaynar.info