Xəbər lenti

Terrorçu britaniyalı imiş - Baş nazir açıqladı
Dünya13:47 23.03.2017

Terrorçu britaniyalı imiş - Baş nazir açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Baş naziri Tereza Mey ölkəsində baş verən terror aktından danışıb.
"Qaynar" "qafqazinfo”ya istinadən xəbər verir ki, o, Londonda baş verən terror hücumunun demokratiyanı hədəf aldığını vurğulayıb. Baş nazir dünyanın dörd bir tərəfində onlara dəstək verən müttəfiqlərinə təşəkkür edib.
Terrorçuların hirslərini günahsız qadın və uşaqlardan çıxardığını ifadə edən Mey, qurbanlar arasında 12 ingilis və 4 fransız uşağın, 2 rumuniyalı, 4 Şimali Koreyalı, 1 alman, 1 polşalı, 1 amerikan və 2 yunanlı olduğunu açıqlayıb.
Terrorçunun Birləşmiş Krallıqda doğulduğunu bildirən xanım baş nazir daha əvvəl onun Mİ5 tərəfindən radikalizm şübhəsiylə sorğuya alındığını da qeyd edib. Terrorçunun kimliyinin yaxın günlərdə açıqlanacağını ifadə edib.
Qaynar.Az