Xəbər lenti

Terrorçu kürd “general” Kobani kimdir: Arxasında kimlər dayanır? - Yeni çirkin plan
Dünya14:31 25.10.2019

Terrorçu kürd “general” Kobani kimdir: Arxasında kimlər dayanır? - Yeni çirkin plan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya və Avropa ölkələrinin qanuni siyasi status verməyə çalışdıqları Məzlum Kobani kod adlı Fərhad Abdi Şahinin PKK terror təşkilatının başçısı Abdullah Öcalanın yerinə Qərb mediası və İsrail lobbisi tərəfindən hazırlanması prosesi gedir.
Qaynarinfo hurriyet.com.tr-yə istinadən xəbər verir ki, bu haqda İsrailin "Jerusalem Post” qəzetindəki Amotz Asa-al adlı müəllifin məqaləsində deyilib. Məqalədə Suriyadakı terror təşkilatının niyə davamlı xəyanətə uğraması haqda düşünmələrinin gərəkdiyi və sionistlərin tarixindən dərs almağa çalışdıqları qeyd edilib:
"Xəyanət bir əsr boyu kürdlərin həyatının bir parçası olub. Kürdlər Avropa qüvvələrinin Lozannada və Sevrdə verdiyi vədləri yerinə yetirmədiklərini gördülər. Sonra Sovet Rusiyası, İraq və İran xəyanət etdi. Sonra xəyanət zəncirinə ABŞ da daxil oldu”.
Suriyadakı terror təşkilatı üzvlərinin alması lazım olan ilk sionist dərsin birləşmək, o birinin də bir lider tapmaq olduğunu deyən Asa-el "Kürdlər Hitlerlə qarşı-qarşıya deyil, ona görə də onlara tək lazım olan şey bir lider tapmaqdır”, - deyərək Öcalandan başqa birinin tapılması fikrini irəli sürür.
Reklam işi 2018-də başladı
ABŞ Prezidenti Donald Trampın ABŞ-ın Suriyaya dair siyasətində yaratdığı dəyişiklik və çevrilmədən sonra bölgədəki müttəfiqlərini fərqli bir çərçivədə yerləşdirməyi qarşısına hədəf qoyan İsrail lobbisi bu işlərə 2018-ci ildən başlayıb.
Davos zirvəsindəki rolu ilə tanınan David İqnatius bu mövzuya dair ilk fikirlərini 24 dekabr 2018-ci il tarixində "Vaşinqton Post” qəzetində yazdığı məqalədə açıqlayıb.
Tərifin şitini çıxardılar
İqnatius "Trampın Suriya ilə bağlı verdiyi qərar nə deməkdir?” başlıqlı yazısında Məzlum Kobanini "General" kimi təqdim edir.
.
Məqaləsində terrorçu Məzlum Kobani haqqında hədsiz təriflər söyləyən İqnatius yazır:
"Dünyanın o hissəsində rastlaşdığım milis rəhbərlər arasında nadir təsadüf ediləcək dərəcədə sakit təbiətli biridir. Bir saatlıq görüşümüzdə məni ən çox təəəccübləndirən şey ailələrini qorumaq istəmələrinə baxmayaraq, döyüşməyə davam etmələriydi. Baxın, bizim xəyanət etdiyimiz, ABŞ rəhbərliyi altında döyüşmək və ölmək istəyən müttəfiqlərimiz bunlardır”. 
İş davam edir 
PKK içərisindən yeni bir lider çıxarmaq məsələsində lobbiçilik edən David İqnatius bu həftə "Vaşinqton Post” qəzetində daha bir məqaləyə imza atıb.
Məqalədə Suriyadan ABŞ əsgərlərinin çəkilməsi ilə bağlı terrorist Məzlum Kobaninin fikirlərinə yer verən İqnatius yazır: 
"Məzlum Türkiyənin üstün atəş gücünə baxmayaraq, "Böyük bir döyüş olacaq” dedi. Suriyalı kürd general daha çox etnik təmizləmə riskindən narahat olduğunu bildirdi”.
Terrorçuya rəğbət oyandırmaq işi 
Türkiyəni soyqırımda günahlandıran Kobaninin sözlərinə yer verən və terroristə gözəlləmələr yazan İqnatius məqaləsinə davam edir:
"Məzlum Türkiyənin sərhəddə yaşayan suriyalı ərəb qaçqınları bu bölgələrə yerləşdirməyi vətəndaş müharibəsinin əvvəlindən bəri qarşısına məqsəd qoyduğunu dilə gətirdi və "Buraya kürdlərin yerinə ərəblər gələrsə, məsuliyyət ABŞ-ın üzərinə düşəcək”, - dedi. Başqa vaxtlarda duyğusal olmayan Məzlum "soyqırım” təhlükəsindən bəhs etdi”.
Terrorçu Məzlum Kobani ilə tez-tez görüşdüyünü etiraf edən İqnatius məqaləsində yazır: 
"Çətin bir ölkədə döyüşən çətin bir adamdır. İŞİD-lə savaşımızda ABŞ-a inandı. Ancaq indi ABŞ-ın etibarsızlığından şikayət edir. Trampın kürdləri qurban vermək qərarının qorxunc bir prezidentlik nümunəsi kimi tarixə düşəcəyini deyir”.
Rabitə naziri Fəxrəddin Altun terrorçu Məzlum Kobani ilə bu cür davranılmasıyla bağlı "Terrorçuya qanuni siyasi fiqür kimi yanaşılması çox narahatlıq doğurur” ifadələrini işlədib.
Tramp təşəkkür edir, Şoyqu görüşür...
Və nəhayət Prezident Donald Tramp sosial media hesabında "General Məzlum, xoş sözləriniz üçün təşəkkür edirəm. Kürd xalqına səmimi hörmətimi çatdırın. Tezliklə sizi görmək istəyirəm” sözlərini paylaşıb. 
Soçi razılaşmasından dərhal sonra isə Rusiya Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi yüksək səviyyəli hərbi heyət telekonfrans vasitəsilə Məzlum Kobani ilə əlaqə saxlayıb.
Alpər