Yaponiyada "Aum Şinrikyo" təriqətinin həbsdə olan son 6 üzvü də edam edilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ötən həftələrdə təriqətin lideri Şoko Asahara və digər 6 üzvü də edam edilmişdi.
Qeyd edək ki, 1995-ci ildə Tokioda yerləşən metroda zarin qazı ilə hücum təşkil edən təriqət üzvləri 13 nəfərin ölümünə səbəb olmuş, 5800 nəfər yaralanmışdı. Hadisədən sonra "Aum Şinrikyo"nun 13 üzvü edama məhkum edilmişdi.
Gülşən