İŞİD Nigeriyanın Heydəm qəsəbəsini ələ keçirib.
Qaynarinfo xəbər verir ki, Yobe əyalətinə hücum bir həftə əvvəl axşam saatlarında başlayıb, lakin ölkənin silahlı qüvvələri hələ də terrorçuların öhdəsindən gələ bilmir.
Yaşayış məntəqəsini ələ keçirən cihadçılar bələdiyyə və dövlət əmlakını məhv etməyə başlayıblar. Onlar hücumun səbəblərini izah edən və heç bir şeyin müsəlmanları təhdid etməyəcəyinə dair zəmanətdən danışan təbliğat materiallarını mülki şəxslərə paylamağa başlayıb. Lakin Heydəmin bir çox sakini müharibə bölgəsini tərk etməyi seçib.
Nigeriya Hava Qüvvələri qəfildən terrorizmə qarşı əməliyyata başlayıb. Lakin silahlıların yaşayış binaları arasına sığınması və hava hücumlarının tətbiqinin dinc sakinlərə risk yaratması əməliyyatın keçirilməsini imkansız edir. Eyni zamanda, hökumət qüvvələri təcavüzkarlardan iyirmisini məhv edə bildiklərini bildiriblər. Bundan əvvəl Heydəm dəfələrlə İŞİD terrorçularının hədəfinə çevrilib.
Bu gün, 30 apreldə İŞİD üzvlərinin işğaldan sonra Heydəmdə qalan heydəmlilərə adam başına iyirmi min Nigeriya nairası (48 dollardan bir az çox) payladığı məlum olub. Bu jest əhaliyə Ramazan ayında İslami vəzifələrin yerinə yetirilməsi üçün edilib. İŞİD-in sədəqə verməsi adi hal olsa da, Nigeriyada bəzi insanlar buna təəccübləniblər. Şəhər sakinlərinin dediklərinə görə, heç də hamı hədiyyələri sevinclə qəbul etməyib, bəziləri isə imtina edərək qrupun qəzəbinə düçar olmaq qorxusundan pulu qəbul etməli olub.
Qeyd edək ki, Heydamda vəziyyət gərgin olaraq qalır. Nigeriya Silahlı Qüvvələrinin Heydam uğrunda mübarizədə uğurlar qazandığını elan etməsinə baxmayaraq, şəhər hələ də İŞİd-çilərin əlində qalır.
Alpər