Dünya 19:59 29.03.2024

Terrorda Qərbi günahlandıran Rusiya İŞİD qarşısında uğursuzluğunu etiraf etdi - Ən-Nəba

"Ən-Nəba” qəzetinin yeni sayında Rusiyanın "mücahidlər qarşısında uğursuzluğu”nu etiraf etmədiyini, "Qərb düşərgəsində” öz rəqiblərini günahlandırmağa üstünlük verdiyinə dair material dərc olunub. 

Qaynarinfo "The İnsıder” nəşrinə istinadən xəbər verir ki, buna şərqşünas Ruslan Süleymanov diqqət çəkib https://theins.ru/news/270382 .

Qəzet "İslam Dövləti” adından nəşr olunur və pdf faylı kimi yayılır. Bu məsələ İD resurslarından - Amaq və Nashr-dan mesajların dərc olunduğu çatda yerləşdirilib. 

"Ağır məğlubiyyətdən sonra Rusiya mücahidlər qarşısında böyük uğursuzluğunu etiraf etməmək üçün "Qərb düşərgəsində” rəqiblərinə qarşı "sui-qəsd ittihamları” yönləndirməkdən başqa çarə tapmadı”, - Süleymanov materialdan sitat gətirib.

Terror aktının təfərrüatlarını təsvir edən terrorçuların nəşri göstərir ki, üç yaraqlı "Crocus City Hall”da olanların hamısını güllələməli, dördüncüsü isə binanı yandırmalı idi. Həmçinin bildirilir ki, bəzi silahların nasazlığı yaraqlıları tələsik "Crocus”u tərk etməyə məcbur edib: hücum edənlərin daha çox qətl törətmək və təhlükəsizlik qüvvələri ilə atışma aparmaq üçün kifayət qədər silah-sursatı var idi.

"Rusiya əsirləri müxalifləri ilə siyasi konfliktlərə xidmət edən və mücahidlərin ona vurduğu itkiləri ört-basdır edən şəkildə dindirilməsində çox maraqlıdır”, - Süleymanov məqalədən sitat gətirir. 

Eyni zamanda, materialda terror aktının Rusiya daxilində hansısa yeni "xilafət qrupu” tərəfindən həyata keçirildiyi deyilir, Süleymanov "The Insider” nəşrinə müsahibəsində belə izah edib: "İŞİD-in məlumatına görə, bu, çox güman ki, "Vilayəti-Xorasan” deyil, Rusiya daxilində hansısa yeni struktur olub. Onlar öz materiallarında Rusiyanı ayrıca bənd kimi vurğulayırlar. Yəni hansısa mütəşəkkil dəstə ölkə daxilində peyda olub belə dəhşətli terror aktı törədə bilib”.
Eyni zamanda, Rusiya hakimiyyəti terror aktının təşkilində Ukrayna və Qərb ölkələrini ittiham etməkdə davam edir. Məsələn, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukraynanın terror aktında iştirakını açıqlayıb. Vladimir Putin "Crocus City Hall”da baş verən terror aktını "hədə-qorxu aktı” adlandırıb. Onun fikrincə, terror aktı "Kiyev rejiminin əli ilə 2014-cü ildən Rusiya Federasiyasına qarşı döyüşənlərin silsilə cəhdləri arasında əlaqə ola bilər.”

Nizami Bağırov