
Türkiyənin tanınmış xəbər agentliyinin əməkdaşı Nitsadakı terrorla bağlı zarafatına görə işdən azad edilib.
Qafqazinfo xəbər verir ki, “Anadolu” xəbər agentliyinin əməkdaşı Ali Kahraman Nitsa şəhərində baş verən olayla bağlı tvitter hesabında zarafat edib. O, “Fransada xalqın arasına girən yük maşınının əyləci xarab olub. Bu, terror hadisəsi deyil”,- yazıb.
Qəhrəmanın bu ifadələri sosial mediada tənqidə məruz qalıb. Hadisəyə münasibət bildirən “Anadolu” xəbər agentliyi isə bu şəxslə bütün əlaqələrin kəslidiyini bəyan edib.
Qaynarinfo.Az


