ABŞ-ın Havay ştatında Kilauea yanardağı püskürməyə davam edir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, lavalar bu günə qədər 87 evi külə çevirib.
Son bir həftədə yanardağda partlayışların sayı və ətrafa yayılan lavaların hərəkət sürəti artıb. Polis ərazidə yaşayan insanlara evlərini tərk etmək xəbərdarlığı edib. Bu günə qədər 2 min nəfər evakuasiya edilib.
Ərazidə kiçik zəlzələlər baş verməyə davam edir.
Dünyanın ən aktiv yanardağlarından olan Kilaueada 1983-cü ildən bəri partlayışlar baş verir.
Gülşən