ABŞ-ın Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqı (UAW) prezidentliyə namizəd Donald Tramp və milyarder İlon Maskdan Milli Şuraya şikayət edib.
Bu barədə Qaynarinfo UAW-a istinadən xəbər verir.
Həmkarlar ittifaqı həm işçiləri təhdid etmək, həm də onları qorxutmaq cəhdində ittiham edir. Söhbət Trampın bu yaxınlarda X sosial şəbəkəsində Maska verdiyi müsahibədə siyasətçinin etirazlara baxmayaraq, ştatı "optimallaşdırmaq" bacarığına görə biznesmeni təriflədiyi bir məqamdan gedir.
"Etdiklərinə baxıram. Gəlib deyirsən "Hamınız gedirsiniz. Hamınız", deyə Tramp müsahibədə bildirib və Mask buna gülüb.
Bununla əlaqədar, UAW xatırladıb ki, ABŞ federal qanunlarına görə, işçilər tətildə iştirak etdiklərinə görə işdən çıxarıla bilməzlər və onları işdən çıxarmaqla hədələmək qanunsuzdur.
"Həm Tramp, həm də Mask fəhlə sinfinin oturub susmasını istəyir və onlar buna açıq şəkildə gülürlər. Bu, iyrənc, qeyri-qanuni və bu iki kloun tərəfindən tamamilə proqnozlaşdırıla biləndir", deyə UAW prezidenti Şon Feyn bildirib.
Nizami Bağırov
Şərhlər