Xəbər lenti

Təxribatçı rus jurnalistlər Azərbaycandan qovuldu
Ölkə06:40 05.04.2016

Təxribatçı rus jurnalistlər Azərbaycandan qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın LifeNews telekanalının çəkiliş qrupu Azərbaycandan deportasiya olunub.
Qaynar.info virtualaz.org-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun dediyinə görə, telekanalın jurnalistləri Azərbaycanda heç bir rəsmi akkreditasiya olmadan çalışıblar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli, yalan məlumatlar yayıblar.
“Onlar Azərbaycana qarşı təxribatla məşğuldular, Dağlıq Qarabağ münaqişəsi barədə yanlış məlumatlar yayırdılar. Bunu nəzərə alaraq həmin jurnalistlərin ölkəmizin ərazisində olması qeyri-qənaətbəxş sayılıb”, - H.Hacıyev deyib.
Xatırladaq ki, bu telekanalın rəhbəri erməni Aşot Qabrielyandır.
Qaynar.info