Xəbər lenti

“Təyyarə-adam” Asiyada ilk uçuşunu etdi - FOTO
Dünya09:13 06.11.2013

“Təyyarə-adam” Asiyada ilk uçuşunu etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

«Təyyarə-adam» ləqəbi ilə məşhur olan isveçrəli səyyah İv Rossi növbəti uçuşunu edib. 

Bu dəfə macəra həvəskarı uçuş üçün Yaponiyanın görməli yerlərindən olan və dünya mədəni irsinə aid edilən Fudji dağını seçib. İv Rossinin kustar üsulla hazırladığı 4-mühərrikli «təyyarə-kostyumu» vasitəsilə dağın üzərindən saatda 306 kilometr sürətlə uçması onun Asiyada ilk uçuşu kimi tarixə düşüb.

54 yaşlı ekstrim həvəskarı İv Rossi 2004-cü ildən bəri bu cür uçuşlar həyata keçirir. O, indiyədək La-Manş boğazı, İsveçrədəki Alp dağları və Böyük Kanyon kimi yerlərin üzərindən uçub.

Qaynar.info