Xəbər lenti

Təyyarə qəzalı eniş etdi: 14 yaralı
Dünya08:22 09.09.2013

Təyyarə qəzalı eniş etdi: 14 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tailandın paytaxtı Banqkokda 290-a yaxın çox sərnişini aparan təyyarə şəhərin əsas hava limanında qəzalı eniş edib.
Anspress-in Associated Press-ə istinadən verdiyi məlumata görə, eniş zamanı 14 sərnişin xəsarət alıb. Nasazlıq "Thai Airways" aviaşirkətinə məxsus aerobus Çinin Qansu əyalətindən Banqkoka uçarkən baş verib.

Aviaşirkət rəhbərliyinin açıqlamasında bildirilir ki, sərnişin təyyarəsi hava limanına enərkən onun təkər hissəsində nasazlıq baş verib və bunun nəticəsində təyyarə sürüşərək eniş zolağından kənara çıxıb. Sərnişinlər təcili olaraq fövqəladə çıxışlardan evakuasiya edilib. Hava limanının eniş zolağı isə müvəqqəti olaraq bağlanıb.

Bu, Tailandın milli aviaşirkəti olan "Thai Airways"ə məxsus təyyarələrdə son 2 həftə ərzində baş verən ikinci belə haldır.

Qaynar.info