İranda səhvən vurulan Ukraynaya məxsus "Boeing 737-800” təyyarəsində həlak olan Ukrayna vətəndaşlarının ailələrinə təzminat veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Aleksey Qonçaruk videomüraciətində məlumat verib. Baş nazir bildirib ki, hər sərnişinin ailəsinə 200 min qrivna (14.100 AZN) ödəniləcək.
Aleksey Qonçaruk həmçinin qeyd edib ki, Ukrayna dövləti həlak olanların ailələrinə hərtərəfli dəstək, kömək, o cümlədən maddi və hüquqi yardım göstərəcək.
Qeyd edək ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysi ilə hərəkət edən "Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər əlak olub. Onlardan 11-i Ukrayna vətəndaşıdır. İran etiraf edib ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə səhvən raketlə vurulub. Onlar təyyarəni ABŞ raketi hesab ediblər.