Xəbər lenti

Təyyarə qəzaya uğradı: 2 ölü
Dünya05:07 18.07.2013

Təyyarə qəzaya uğradı: 2 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Miçiqan ştatında kiçik birmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Federal Mülki Aviasiya idarəsi məlumat verib.

Təyyarə Dalton şəhərindəki hava limanından qalxıb. Lakin planlaşdırıldığı kimi Ovosso şəhərində yerə enə bilməyib. Qəza Maunt-Morris şəhəri yaxınlığında baş verib. Hadisə nəticəsində 2 nəfər həlak olub.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Qaynar.info