Xəbər lenti

Təyyarədə 116 nəfər öldü
Dünya13:10 24.07.2014

Təyyarədə 116 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əlcəzair Hava Yollarına məxsus təyyarənin Nigerin paytaxtında qəzaya uğrayıb.

Anspress-in məlumatına görə, Əlcəzairin “Ən-Nahar” telekanalının yaydığı xəbərdə bildirilir ki, McDonnell Douglas MD-83 təyyarəsində 116 nəfər olub. Qəza nəticəsində onların hamısının öldüyü bildirilir.

Associated Press isə xəbər verir ki, təyyarə ordu ilə üsyançılar arasında döyüşlərin getdiyi Malinin səmasına daxil olduqdan sonra yoxa çıxıb. 

Reuters agentliyi isə yazır ki, təyyarənin ekipaj üzvləri hava şəraitinin pis olması səbəbilə uçuş xəttindən bir az kənara çıxmaq üçün icazə istəyib. Ekipaj üzvləri bununla digər sərnişin təyyarələri ilə toqquşmaqdan yayınmağa çalışıb. Bundan bir neçə dəqiqə sonra təyyarə radarlardan itib.

Qaynar.info