Xəbər lenti

Təyyarədə terror törətməyə çalışan 4 nəfər həbs edildi
Dünya07:19 30.07.2017

Təyyarədə terror törətməyə çalışan 4 nəfər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstraliyanın Sidney şəhərində anti-terror əməliyyatları nəticəsində 4 nəfər həbs edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Sidneyin "Surry Hills", "Lakemba", "Wiley Park" və "Punchbowl" bölgələrində təşkil edilən əməliyyatlar nəticəsində həbs edilən şəxslərin təyyarələrdə terakt törətməyə hazırlaşdığı məlum olub. 

Avstraliyanın baş naziri Malkolm Törnbal açıqlama verərək bildirib ki, araşdırmalar davam etdirilir və hələlik əlavə məlumat vermək mümkün deyil.

Qeyd edək ki, terrorçuların şəxsiyyətləri açıqlanmayıb.

Gülşən

Qaynarinfo.Az