Xəbər lenti

Təyyarəsində bir tona yaxın narkotiki keçirən kəşfiyyat şefi ABŞ-a ekstradisiya edildi
Dünya10:00 20.07.2023

Təyyarəsində bir tona yaxın narkotiki keçirən kəşfiyyat şefi ABŞ-a ekstradisiya edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya Venesuelanın mərhum lideri Uqo Çavesin tərəfdaşı olan Venesuela hərbi əks-kəşfiyyatının keçmiş rəhbəri Uqo Karvahalı ABŞ-a ekstradisiya edib.
Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.
ABŞ-da Karvaxal narkotik alverində ittiham olunur. O, özünü günahsız hesab edir. 
2011-ci ildə Nyu York prokurorluğu Karvahalın yüksək vəzifəsindən istifadə edərək 2006-cı ildə Venesueladan Meksikaya uçan təyyarədə təxminən 5600 kiloqram kokainin qaçaqmalçılığını koordinasiya etdiyini bildirib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, o, Kolumbiyadakı silahlı FARC partizanlarını da silahla təmin edə bilib və Venesuela vasitəsilə ABŞ-a daxil olan külli miqdarda kokainin çatdırılmasını asanlaşdıraraq qrupun fəaliyyətini maliyyələşdirməyə kömək edib.
Karvahalın 2019-cu ildə İspaniyada ilk həbsindən sonra ekstradisiyanı gecikdirən uzun bir hüquqi proses başlayıb.
Karvahal girov müqabilində sərbəst buraxıldıqdan sonra yoxa çıxıb və proses bu səbəbdən təxminən iki il dayandırılıb.
2021-ci ilin sentyabrından bəri keçmiş general çoxsaylı apelyasiya şikayətləri verərək prosesi uzatmağa çalışıb, nəticədə onun şikayətləri təmin edilməyib. O, həmçinin İspaniyadan siyasi sığınacaq istəyib, lakin rədd cavabı alıb. 
Karvahal on ildən çox müddətdə Çavesə xidmət edib və sonra onun varisi Nikolas Maduroya qarşı çıxıb.
Nizami Bağırov