"The Beatles" qrupunun üzvü Pol Makkartninin öz əlyazması ilə yazdığı "Hey Cud" mahnı sözləri hərracda 910 min dollara satılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu, mahnı sözləri olan kağız ilkin qoyulan qiymətdən 10 dəfə bahaya alıcı tapıb. Musiqişünas Ceyson Vatkins kağızın studiyada mahnının yazılması zamanı istifadə edildiyini bildirib.
Qeyd edək ki, qrupun dağılmasının 50-ci ildönümündə "The Beatles"ə aid 250 fərqli əşya hərraca çıxarılıb. Məşhur olmazdan əvvəl qrupun Liverpuldakı konsert səhnəsində istifadə etdiyi taxta parçası 25 min 600 dollara satılıb.
Camal
<iframe width="657" height="315" src="https://www.youtube.com/embed/A_MjCqQoLLA" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">