ABŞ 2025-ci ildə Rusiya sursat istehsalı səviyyəsinə çata bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist” jurnalı məlumat yayıb.
"Onların 2025-ci ildə məhsuldarlığı çox güman ki, 2024-cü il Rusiya istehsalından daha aşağı olacaq”, deyə jurnal yazır.
Nəşr qeyd edir ki, Ukrayna ərazisindəki münaqişə Qərbin Soyuq müharibənin başa çatmasından sonra azaldılmış silah ehtiyatlarının nə qədər cüzi olduğunu göstərir.
NATO-dakı lüləli artilleriya sistemlərinin əsas kalibri 155 mm-dir. Rusiyada və postsovet məkanında 152 mm kalibrə uyğundur.
Bundan əvvəl Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Cozep Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən, birlik ölkələrinin Ukraynaya 1 milyon mərmi və raket göndərmək planını yerinə yetirə bilməyəcəyini etiraf edib.
Aydın