Birləşmiş Ştatlar bir sıra Avropa dövlətlərindən fərqli olaraq Ukraynanın NATO-ya daxil olması üçün zəmanət verməkdən imtina edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist"
yazır.
Qeyd olunur ki, bu mövqeyə görə "Amerika uzun müddət qurduğu və dominantlıq etdiyi transatlantik alyansda qeyri-adi şəkildə təcrid olunmuş vəziyyətdədir”.
Nəşrin jurnalistləri xatırladıblar ki, 2008-ci ildə Amerika çox canfəşanlıqla NATO-nun genişlənməsini müdafiə edərək, Ukraynaya Alyansa qoşulmaq üçün fəaliyyət planının təqdim olunmasını təkid edirdi.
ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi İvo Daalder Vaşinqtonun mövqeyindəki dəyişikliyi belə izah edib ki, 2008-ci ildə "NATO ilə Rusiya arasında müharibə ideyası "absurd” görünürdü; lakin bu gün belə deyil”.
"Əgər 5-ci maddə nəyi nəzərdə tutursa, o zaman Ukraynanın tanınması NATO-nun onun tərəfində döyüşəcəyini vəd etməsi ilə eyni olardı. Nüvə eskalasiyasından və hətta üçüncü dünya müharibəsindən qorxan Bayden bundan çəkindi”, – qəzet yazır.
Alpər