Xəbər lenti

The New Yorker: Yayda Ukraynanı fəlakət gözləyir
Dünya 17:05 01.06.2024

The New Yorker: Yayda Ukraynanı fəlakət gözləyir

Yaxın aylarda Rusiya qoşunlarının hücumu səbəbindən Ukrayna Silahlı Qüvvələrinin (USQ) mövqeyi xeyli pisləşə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın The New Yorker nəşri yazır.

Karnegi Fondunun Rusiya və Avrasiya Proqramının baş elmi işçisi Dara Massikot ilə müsahibədən belə nəticə çıxır ki, Ukrayna hərbi texnika və canlı qüvvə ilə bağlı böyük problemlər yaşayır. Amerikanın yeni hərbi yardım paketi isə Ukrayna Silahlı Qüvvələrinə Rusiya ordusunun hücumlarının qarşısını almağa imkan verməyəcək, çünki mürəkkəb logistika səbəbindən silahlar xeyli gecikmə ilə gəlir.

Massikot Rusiyanın döyüş meydanındakı üstünlüyünü - xüsusən də Ukrayna Silahlı Qüvvələrinə xeyli ziyan vuran sürüşmə bombalarından geniş istifadədən yazır.

Amerikalı ekspertin fikrincə, hazırda Rusiya Federasiyasının Xarkovu işğal etmək niyyətində olduğunu göstərən heç nə yoxdur: daha doğrusu, Rusiya ərazisinin atəşə tutulmasını minimuma endirmək üçün "sanitariya zonası” yaratmaqdan söhbət gedir.

Eyni zamanda, münaqişə zonasına çatdırılan Amerika silahları öz effektivliyini itirir.
"Problem ondadır ki, Rusiya getdikcə daha rahat ATACMS mövqelərini aşkar edir və cəbhə xəttinin daha dərinliklərindən sürətlə onları vurur (...) Ukraynalılar hava hücumundan müdafiə sistemləri və ya ATACMS gətirməyə cəhd etdikdə, ruslar bir neçə dəqiqə ərzində İsgəndər raketi ilə zərbə endirə bilirlər”, - Massikot qeyd edir.

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin azlığı çox ciddi problem olaraq qalır. Məqalədə qeyd edilir ki, bölmələrin sayı 40% azalıb və bu, döyüş meydanında uğur qazanmağı çətinləşdirir.

İyunun 1-də Ukraynada səfərbərlikdən yayınıb xaricə çıxmaq istəyən kişilərdən alınan rüşvətin on dəfə artdığı bildirilir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->