ABŞ hakimiyyəti Moskvadan gələn təhlükə ilə bağlı qiymətləndirmələrinə yenidən baxıb və artıq Kiyevin Rusiya ərazisinə zərbə endirməməsində təkid etmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Times” qəzeti Pentaqondakı mənbəyə istinadən
yazır.
Nəşrin mənbəsinə görə, ABŞ ordusu "hələ də eyni eskalasiya hesablamalarından istifadə edir, lakin müharibənin başlanğıcı ilə müqayisədə eskalasiya qorxusuyla bağlı vəziyyət dəyişib”.
Mənbə qeyd edib ki, hazırda Vaşinqton Silahlı Qüvvələrin Rusiya ərazisinə endirdiyi zərbələrin Moskvanı vəziyyəti kəskin şəkildə gərginləşdirməyə sövq edə biləcəyindən daha az narahatdır. "Biz onlara nə edəcəyini deyə bilmərik. Silahlardan necə istifadə edəcəkləri onların öz ixtiyarındadır. Lakin onlar bizim təchiz etdiyimiz silahlardan istifadə etdikdə biz təkid edirik ki, Ukrayna hərbçiləri beynəlxalq müharibə qanunlarına və Cenevrə konvensiyalarına əməl etsinlər”, - Pentaqonun sözçüsü əlavə edib.
Eyni zamanda, hərbi rəsmi aydınlaşdırıb ki, bu məhdudiyyət rus ailələrinin Ukrayna hərbçilərinin hədəfinə çevrilməməsi deməkdir. Vaşinqton həmçinin konkret şəxslərin məhv edilməsinin əleyhinədir. Qəzetin mənbəsi iddia edir ki, "Bildiyimizə görə, Ukrayna bu göstərişlərə əməl edir”.
Xatırladaq ki, bir qədər əvvəl Almaniya Nazirlər Kabineti məsələ özünümüdafiəyə gələrsə, Ukraynanın öz hərəkətlərini öz əraziləri ilə məhdudlaşdırmamaq hüququna malik olduğunu bildirib.
Alpər