Xəbər lenti

Tibb Universitetinin tələbələri niyə təqaüd ala bilmir? - Açıqlama
Ölkə10:26 14.12.2016

Tibb Universitetinin tələbələri niyə təqaüd ala bilmir? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Tibb Universitetinin tələbələri təqaüdlərini ala bilmir.

Bu barədə Qaynarinfo.Az-a adı çəkilən universitetin tələbələri məlumat veriblər. Məlumata görə, noyabr və dekabr aylarının təqaüdləri verilmir. Məsələ ilə bağlı Azərbaycan Tibb Universiteti ilə əlaqə saxladıq. Universtitetin mətbuat katibi Günel Aslanova bildirdi ki, büdcəyə pul ayrılmadığından hazırda bu problem yaşanır:

"Noyabr ayının təqaüdləri verilməyib. Çünki Təhsil Nazirliyi tələbə maliyyə büdcəsinə vəsait ayırmayıb. Amma ehtimal edirik ki, ilin sonuna noyabr və dekabr ayı üçün təqaüdlərin verilməsi bərpa ediləcək".

Pərvin Zeynal

Qaynarinfo.Az