Xəbər lenti

Tibbi ekspert: “Əhali arasında böyük təşviş var”
Sağlamlıq07:02 10.01.2020

Tibbi ekspert: “Əhali arasında böyük təşviş var”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Quş ətinin ölkəyə gətirilməsinə qadağa qoyulması ilə bağlı konkret faktlar olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla Polşa ərazisindən diri quş və quş məhsullarının Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulmasını şərh edərkən deyib. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı əhaliyyə məlumat verməlidir:
"Quş qripi varsa, bu, acıqca deyilməlidir. Və nəinki xarici ölkələrdən, hətta ölkə daxilində də quş ətinin istehlakına bir müddət nəzarət olmalıdır. Bu, təkçə xarici ölkə ilə bitmir. Quş ətinin idxalına nəyə görə qadağa qoyulub? Bunun səbəini açıqlasınlar, əhaliyə izah eləsinlər. Hər halda  nəsə var ki, qadağa qoyulur. Bu qadağa nəylə bağlıdır? Əgər bu iqtisadi faktordursa, başqa, yox xəstəliyə, insanların sağlamlığı ilə bağlıdırsa, bunun mütləq izahı verliməlidir”.
Adil Qeybulla 10 gündən yuxarıdır ki, ölkədə yayılan qrip xəstəliyinə də aydınlıq gətirib:
"Səhiyyə Nazirliyi insanların sağlamlığının keşiyində dayanan mərkəzi orqandır. Normal ölkələrdə belədir. Nazirlik vətəndaşlara mütamadi olaraq təbliğat xarakterli məlumatlar verməlidir. Söhbət ölkədə yayılan qrip və soyuqdəymə xəstəliklərindən gedir. Hər il qış aylarında bu cür mövsümü xəstəliklər yayılır. Nəfəs yollarında parazit deyilən viris var, onlar qış aylarında fəallaşır və insanlara yoluxur. Bu, əslində qrip deyil. Qrip olanda rəsmən Ümumdünya Səhiyyə Təşkillatı məlumat yayır. Qrip təkcə Azərbaycanın problemi deyil. İstəlinən halda əhaliyə məlumatlar və tövsiyələr verilməlidir. Adamlar yataq rejimində olmalıdır. İş yerlərinə getməyə qadağa qoyulmalıdır. İnsanlar xəstəliklərinə baxmır, iş yerlərini itirməmək üçün xəstə-xəstə işə çıxırlar. Bu problem olduğu müddətdə də infeksiyalar yayılmaqda davam edəcək. Odur ki, əhali arasında böyük təşviş var”.
Qeyd edək ki, Polşa ərazisindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bahar Rüstəmli