Xəbər lenti

Ticarət mərkəzinə hücum: 60-dan çox adam itkin düşdü
Dünya10:49 23.09.2013

Ticarət mərkəzinə hücum: 60-dan çox adam itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Keniyanın paytaxtı Nayrobidəki ticarət mərkəzinə terrorçuların çoxsaylı insan itkisi ilə nəticələnmiş hücumu zamanı 60-dan çox adam itkin düşüb.


APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qırmızı Xaçın Keniya bölməsi açıqlayıb. Təşkilat ölənlərin sayının 69 nəfər olduğunu bildirib. İtkin düşmüş sayılanlar 63 nəfərdir.
 
Xatırladaq ki, sentyabrın 21-də “Əl-Qaidə”yə bağlı olan “Əş-Şəbab” qruplaşmasının silahlıları Nayrobidəki “Westgate” ticarət mərkəzinə hücum edib. Onlar müsəlmanların binanı tərk etməsinə icazə verərək yerdə qalanları gülləbaran ediblər. Keniya təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı bir çox insan xilas edilib. Ordu nümayəndəsi binanın çox hissəsinin silahlılardan təmizləndiyini və əməliyyatın sona yaxınlaşdığını bildirib.

Qaynar.info