Xəbər lenti

Tiflis Poroşenkonu Saakaşvilidən uzaq durmağa çağırdı
Dünya19:47 26.05.2014

Tiflis Poroşenkonu Saakaşvilidən uzaq durmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan hakimiyyəti Pyotr Poroşenkoya Mixail Saakaşvilidən uzaq durmağa məsləhət görüb. 

Musavat.com-un Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Mixail Saakaşvilinin Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun müşaviri təyin ediləcəyi ilə bağlı ehtimallara münasibət bilirib. 

“Mən Ukraynanın yeni prezidentinə ilk dost məsləhətim budur ki, Saakaşvilini yaxına buraxmasın”, - Gürcüstanın baş naziri deyib.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidentinin Ukraynanın yeni hakim komandasına dəvət edilə biləcəyini UDAR partiyasının lideri Vitali Kliçko bildirmişdi.

Qaynar.info