
Gürcüstanın paytaxtı Tiflis şəhərində cinsi azlıqların paradında insident yaşanıb.
ANS PRESS-in verdiyi məlumata görə, polis aksiyaya nəzarəti ruhanilərin kardonu yararaq iştirakçılara yaxınlaşmasından sonra itirib.
Hadisə yerinə xüsusi təyinatlılar gətirəlsə də qəzəblənmiş kütlə onları ayaq altına salaraq aksiya iştirakçılarına çatıblar. Polis cinsi azlıqları avtobusa yerləşdirərək hadisə yerindən uzaqlaşdırıb.
Kütlə bundan sonra da sakitləşməyərək uzaqlaşan avtobusu daşa basaraq şüşələrini sındırıb.
Qaynar.info