Xəbər lenti

Timati model sevgilisi ilə -FOTO
Dünya15:25 31.07.2014

Timati model sevgilisi ilə -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur rusiyalı repçi "Black Star" Timatinin sevgilisi ilə yeni fotoları yayılıb. Ans press-in məlumatına görə, ifaçı qızının anası olan model Alyona Şişkova ilə görüntülənib. Ötən günlərdə "Pontı" adlı mahnısına yeni klip çəkdirən ifaçını sevgilisi tək qoymayıb. 

Yeni klipində rusiyada yaşayan Qafqazlı taksi sürücüsü işləyən şəxsi canlandıran Timatini sevgilisi kənardan izləyib. Qlamur həyat tərzi, bahalı avtomobilləri, qalmaqallı repləri və qadınları ilə yaddaşlarda qalan ifaçı geyimi, danışığı hətta dişləri ilə də pərəstişkarlarını təəccübləndirib. O, çəkilişlərdən olan bəzi fotoları sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, 4 ay bundan öncə ana olan model qızını Dominikan respublikasında yerləşən Santo-Dominqo klinikasında dünyaya gətirib. Timati doğuş zamanı palatada sevgilisinin yanında olub, ona dəstək vermişdi.

Qaynar.info