Xəbər lenti

“Time”ın 100 ən nüfuzlu şəxslər siyahısında olan Le Pen kimdir?
Dünya12:08 11.04.2022

“Time”ın 100 ən nüfuzlu şəxslər siyahısında olan Le Pen kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə görə, hazırkı prezident Emmanuel Makronun ən yaxın rəqibi Marin Le Pendir. O, ilkin nəticələrinə görə o 23,9 faizlə ikinci yerdə qərarlaşıb. 
Bəs Marin Le Pen kimdir, onun siyasi fəaliyyəti nə vaxt başlayıb, neçə yaşı var? 
Qaynarinfo "Haber Global"a istinadən Fransa prezidentliyinə namizəd Marin Le Pen haqqında maraqlı məlumatları təqdim edir.
53 yaşlı Marin Le Pen 5 avqust 1968-ci ildə anadan olub.
Ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen neofaşist atasından daha demokratik və daha respublikaçı kimi xarakterizə olunur. O, partiyanın baxışlarını və kadrlarını dəyişdirərək, irqçilik, antisemitizm və Pétain qərəzliyi ilə ittiham olunan üzvləri qovmaqla partiyanın ictimai imicini yaxşılaşdırdı. Bu kontekstdə o, 2015-ci il avqustun 20-də mübahisəli açıqlamalarından sonra atasını partiyadan xaric edib.
O, bir sıra məsələlərdə partiyasının fikirlərini yumşaldıb. Partiya əvvəlcə eynicinsli ortaqlıqların hüquqi statusunun əleyhinə olsa da, Le Pen dövründə vətəndaş birliyini dəstəkləməyə başladı. Abortun qanuni olduğu hamiləlik dövrlərində heç bir vəziyyətdən asılı olmamağı qəbul etdi. O, partiyasının ölüm hökmünü dəstəkləməsinə son qoyub.
O, 2012-ci ildə Fransa prezident seçkilərində namizəd olub və 17,90% səslə Fransua Olland və Nikola Sarkozidən sonra üçüncü olub. O, 2017-ci ildə Fransa prezident seçkilərində namizəd olub və ikinci turda 33,9% səs toplayıb. 2022-ci ildə Fransa prezident seçkilərində yenidən namizəd olan Le Pen 23,9 faizlə ikinci yeri tutub.
Makronun ən yaxın rəqibi olan Marin Le Pen 2004-2017-ci illərdə Avropa Parlamentinin, 2008-11-ci illərdə Henin-Beaumont şəhər şurasının üzvü olub.
O, 2011 və 2015-ci illərdə "Time”ın 100-lər siyahısında dünyanın ən nüfuzlu adamları arasında yer alıb. "Politico” bildirib ki, o, 2016-cı ildə Avropa Parlamentinin sədri Martin Şulzdan sonra Avropa Parlamentinin ikinci ən nüfuzlu üzvü olub.
Günay İlqarqızı