Xəbər lenti

Timoşenko azadlığa çıxır
Dünya06:25 19.04.2013

Timoşenko azadlığa çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın eks baş nazirinin azad ediləcəyi tarix açıqlanıb

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko aprelin 28-də azadlığa çıxa bilər. ANS PRESS-in məlumatına görə, bu haqda Y.Timoşenkonun silahdaşı, bu yaxınlarda prezident Viktor Yanukoviç tərəfindən əfv edilərək azadlığa buraxılan sabiq DİN rəhbəri Yuri Lusenko açıqlama verib.

"Mən telefonla Ştefan Füle (Avropa İttifaqının komissarı) ilə söhbət etdim. O, dedi ki, V.Yanukoviç aprelin 28-də Yuliya Timoşenkonu azadlığa buraxmalıdır",- deyə Lusenko "Twitter"dəki mikrobloqunda yazıb.

Qeyd edək ki, dünən Ukrayna müxalifət fraksiyasından olan qadın xalq deputatları birgə Viktor Yanukoviçə sabiq baş nazir Yuliya Timoşenkonun azad olunması haqda ərizə təqdim ediblər.

Qaynar.info