Batkivşina Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko Ukrayna təhlükəsizlik qüvvələrinin yarısını cəbhəyə göndərməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, o, bununla bağlı "YouTube" kanalında açıqlama verib.
Timoşenko hüquq-mühafizə orqanlarında olan yüz minlərlə insanın Ukrayna Silahlı Qüvvələrində xidmət etməkdən imtina etməsini yanlış adlandırıb. Onun sözlərinə görə, döyüşməyi bilən, lakin getməyən insanlar üçün rezervasiya yanlış mövqedir.
Timoşenko əlavə edib ki, səfərbərlik yaşını 27-dən 25-ə endirməkdənsə, hüquq-mühafizə orqanlarının əməkdaşlarını cəbhəyə göndərmək daha yaxşıdır.
Dekabrın 19-da Ukrayna prezidenti Volpdimir Zelenski bildirib ki, ordu 2024-cü ildə Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirmək üçün 500 minə qədər insanı səfərbər etməyi təklif edib. Dekabrın 27-də məlum olub ki, Zelenskinin Xalqın Xidmətçisi Partiyasının rəhbərliyi deputatlarına səfərbərlik haqqında qanun layihəsi ilə bağlı danışmağı tövsiyə etmir. Deputatlardan birinin sözlərinə görə, partiya üzvlərinə "bu məsələ ilə bağlı istənilən ünsiyyətin fəsadlarla dolu olduğu barədə məlumat verilib".
Aydın