Xəbər lenti

Tinkovu bank hissələrini satmağa məcbur ediblər: "Payını qəpik-quruşa aldılar"
Dünya13:05 02.05.2022

Tinkovu bank hissələrini satmağa məcbur ediblər: "Payını qəpik-quruşa aldılar"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada fəaliyyət göstərən "Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov Ukraynaya qarşı təcavüzü tənqid etdiyinə görə hədəfə gəlib. Ona bankdakı payını ucuz qiymətə satmaq üçün təzyiq edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə biznesminin özü "The New York Times” nəşrinə müsahibəsində bildirib. 
İş adamı əlavə edib ki, aprelin 20-də sosial şəbəkələrdə müharibə barədə etdiyi paylaşımlardan sonra Kremldən "Tinkoff Bank”ın rəhbərliyinə zəng gəlib və Tinkovun bankdakı payının satılması tələb olunub. Bildiriblər ki, əks təqdirdə bank milliləşdiriləcək. 
"Mən bazaralıq edə bilmədim. Bu sanki girovluqda olmaq kimidir. Sənə nə təklif edirlərsə, onu götürməlisən”, deyə biznesmen bildirib.
Tinkovun sözlərinə görə, onun bankdakı payını "İnterros” şirkəti qəpik-quruşa alıb. Bu şirkətin təsisçisi Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən iş adamı Vladimir Potanindir. 
Tinkov sonda qeyd edib ki, bir çox rusiyalı iş adamları onun Ukrayna ilə bağlı mövqeyini bölüşür. İş adamının sözlərinə görə, bir çox biznesmenlər onunla təkbətək görüşlərdə müharibənin əleyhinə olduqlarını desələr də, bunu publik şəkildə söyləməyə ehtiyat edirlər. "Hamı qorxu”, deyə iş adamı vurğulayıb.
Xatırladaq ki, Tinkov aprelin 20-də "Instagram" hesabında Ukraynaya qarşı təcavüzün əleyhinə olan paylaşım edib: "Mən bu çılğın müharibədən bir nəfərin də faydalandığını görmürəm! Günahsız insanlar, əsgərlər ölür”.
Tinkov həmçinin Rusiya ordusunu tənqid edib. 
Seyid