Xəbər lenti

“Titanik”in yolunda dağılmış “Titan” batiskafının qalıqları limana çıxarıldı
Dünya06:53 29.06.2023

“Titanik”in yolunda dağılmış “Titan” batiskafının qalıqları limana çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 18-də "Titanik”ə ekspedisiya zamanı qəzaya uğrayan "Titanik” batiskafının qalıqları Kanadanın Sent Cons şəhərinin limanına çatdırılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə CBC məlumat yayıb.
KİV-in məlumatına görə, batiskafın qalıqları Horizon Arctic ticarət gəmisi tərəfindən çatdırılıb. Batiskafın burnu, gövdəsinin hissələri və quyruq hissəsi sahilə gətirilib.
Xatırladaq ki, "Titanik”in qalıqlarına "OceanGate” ekspedisiyası iyunun 18-də başlayıb. Suya endikdən 1 saat 45 dəqiqə sonra vasitənin ekipajının peyklə əlaqəsi kəsilib.
İyunun 22-də OceanGate "Titan” sualtı gəmisinin ekipajının və sərnişinlərinin öldüyü ehtimal edildiyini açıqlayıb. Gəmidən ümumilikdə 5 nəfər - Stockton Rush şirkətinin baş direktoru, britaniyalı iş adamı Həmiş Hardinq, pakistanlı sahibkar Şahzadə Davud, onun 19 yaşlı oğlu Süleyman və tədqiqatçı Paul-Henri Nargeole olub.
İyunun 23-də bildirilib ki, aparatın dağılmasına səbəb partlama - su sütununun təsiri altında batiskafın gövdəsinin dağılmasıdır.
Alpər